Türkiyə rus qazından imtina edə bilər

Türkiyə Rusiyadan aldığı qazın alyernativini tapıb.

Strateq.az xəbər verir ki, qardaş ölkənin enerji şirkəti BOTAŞ Qətər Neft Şirkəti ilə ilkin razılıq sənədi imzalayıb. Razılaşmaya görə, Qətər Türkiyəyə mütəmadi olaraq sıxlaşdırılmış qaz satacaq.

Alınacaq qazın miqdarı, alış-verişin nə zaman fəaliyyətə başlanması və s. detallar barədə öhdəliklər ən yaxın vaxtlarda imzalanacaq əsl müqavilədə öz əksini tapacaq.

Ekspertlərin fikrincə, müqavilənin şərtləri yerinə yetirilərsə, Türkiyə rus qazından imtina edə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button