Türkiyə və Azərbaycan xüsusi təyinatlıları xarüqələr yaradır

Türkiyə və Azərbaycan xüsusi təyinatlıları, birgə təlimə başlayıb. Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi tez-tez pozduğu bir vaxtda, Türkiyə bir daha Azərbaycana dəstəyini nümayiş etdirir. Bu gün Ankarada, Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin, birgə “Qafqaz qartalı” hərbi təlimləri başlayıb. Bazar günü yekunlaşacaq təlimə, Ukrayna da müşahidəçi qismində qatılacaq.

Bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Xəbərə görə, təlimlərdə dost ölkələrin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və koordinasiya inkişaf etdiriləcək. Qarşılıqlı təcrübə və məlumat mübadiləsi ilə birlikdə, ortaq əməliyyatların keçirilməsi də məşq ediləcək. Bura hədəflərin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi və digər vəzifələrin yerinə yetirilməsi də daxildir. Təlimlərdə, Azərbaycan ordusunun xüsusi təyinatlıları, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları iştirak edəcək.

Xatırladaq ki, ilin əvvəlindən bəri, Azərbaycan və Türkiyə silahlı qüvvələri çoxsaylı birgə hərbi təlimlər həyata keçiriblər. İndiki təlimlər isə, “Türkiye” qəzetinin yazdığı kimi, həm də Ermənistanın sərhəddə təxribatlara əl atdığı bir vaxtda, Azərbaycana bir daha dəstək nümayiş etdirmək məqsədi daşıyır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button