Türkiyə və Rusiya xarici işlər nazirləri ATƏT-də görüşə bilərlər


Dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü baş tuta bilər. 

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

S. Lavrov “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm, NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq”  deyə, bildirib.

Qeyd edək ki, toplantıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button