Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb

Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda Rixter şkalası üzrə 4.1 maqnitudada zəlzələ olub.

Xural.com-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 11:32-də yerin 7 kilometr dərinliyində baş verib və təkanlar İzmir və Balıkəsirdə də hiss edilib.

Türkiyənin 31 şəhərində komendant saatı olduğuna görə, zəlzələ olan ərazidə insanlar küçəyə çıxa bilməyiblər və AFAD-dan verilən məlumatda bildirilib ki, əhali bir müddət qorxu yaşasa da, hər hansı bir itkiyə rast gəlinməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button