Türkiyədə kritik seçkilər – şok nəticələr…

man in suit relaxing on bench
Türkiyədəki parlament seçkiləri sürpriz seçkilərində sürpriz nəticələr qeydə alınıb. xural.com хəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ciddi səs itkisinə məruz qalıb.
İndiyədək səslərin təхminən 94 faizi sayılıb. Nəticələrə əsasən, AKP 41.2, CHP 25.3, MHP 16.6, HDP 12.3, digər partiyalar 4.7 faiz səs toplayıb.
Bu nəticələrə əsasən AKP-nin 260, CHP-nin 130, MHP-nin 82, HDP-nin 78 millət vəkili olacaq. Bu isə AKP-nin təkbaşına iqtidar ola bilməyəcəyi deməkdir. Belə ki, Türkiyədə bir partiyanın təkbaşına hökuməti qurması üçün 276 deputatı olmalıdı. Ona görə də AKP koalisiya hökuməti qurmalı olacaq.
Tanınmış hüquqşünas, İstanbul Hüquq fakultəsinin məzunu Ələsgər Məmmədli Türkiyədəki seçkilərin nəticələrini bu cür dəyərləndirib: “Türkiyədə seçkinin nəticələri bəlli oldu. AKP birinci partiya olsa da, müəyyən itkiləri olub. 7 %-lik bir itki var. Ancaq ən ciddi nəticə parlamentdə 276 millət vəkili limitinə çatmadığı üçün, təkbaşına bir hökumət qurmaq şansını itirdi. Bunun əsas səbəbindən biri, AKP-nin lider dəyişimi və Davudoğlunun karizmatik bir lider olammasıdır. 2-ci önəmli səbəb AKP-də 3-cü dönəm yasağının qüvvəyə girməsi və partiyanın ağır toplarının kənarda qalmasıdır. Buna görə də partiya təşkilatı yaxşı işləmədi və seçkidə iştirak 80%-i keçmədi. 3-cü ciddi səbəb, Türkiyənin parlamentar sistemi dəyişməyə dönük Erdoğanın təşəbbüsləri və gedərək avtoratitarlaşmasıdır. Xalq Başqanlık sisteminə keçid istəyinə yaşıl işıq yandırmadı. 4-cü səbəb, Atatürkün Partiyası olan CHP-nin səsələrinin kürd terroristlərinin partiyasına gedib, onları 10%-lik seçki baryerasından qurtarması və Parlamentə gətirilməsidir. Bunun nəticəsidir ki, ana müxalifət partiyası olmağına baxmayaraq CHP 2011-ci ildə olan son seçkilərdəki səsələrini 1%-dən çox itirib. Bu səslər də HDP-yə gedib. AKP-də kürd açılımına müsbət baxmayan milliyətçi kəsimin təxminən 4%-lik qısmi səslərini MHP-yə verib və MHP səslərini artırıb.
Bu seçimdən çıxan ilk nəticə,
1: Əgər bir hökumət qurulacaqsa, bu koalisiya hökuməti olacaq.
2: AKP-nin iki variantlı hökumət qurmaq şansı var, AKP-MHP, AKP-HDP. AKP-MHP hökumətinin qurulması demək, Kürd açılımının tarixin arxivinə keçməsi olacaq. Bu başqa nəticələrə, problemlərə aparacaq. Xüsusilə terrorun yenidən xortlaması kimi. AKP-HDP koalisiyasının qurulması, AKP-nin yaxın vaxtlarda daha ciddi əriməyə getməsinə və çox qısa müddətdə erkən seçkini gündəmə gətirəcək.
3: AKP-HDP koalisiyasnın bir bazarlıqla qurula bilmə ehtimalı da rəfə qaldırıldı. AKP və HDP-nin birlikdə sayı, Konstitusiyanı dəyişməyə yetmir. Beləliklə, kürd muxtariyyatına qarşı, Başkanlık sistemi bazarlığı baş tutmayacaq.
4: Üfiqdə bir erkən seçim olacaq. Xalqdan 50%-dən çox səs alan Cumhurbaşkanı Erdoğan və gücsüz bir hökumət. Bu da müəyyən problemləri yaradacaq.
Yekun olaraq Türkiyə siyasət səhnəsi daha da qaynar bir dönəmə girir.”
Seçkilərin nəticələrini “Xural” qəzetinin baş redaktoru, Ankara Universitetinin Hüquq fakultəsinin məzunu Əvəz Zeynallı da öz facebook səhifəsindəki müzakirədə bu cür dəyərləndirib: “Türkiyədəki seçimlərin indiki halıyla AKP böyük yara aldı. 330 millət vəkili indiki halıyla tutmadı. Kürdlərin partiyası barajı keçdi. MHP indiki halıyla səs artırmadı. CHP də eləcə. Türkiyəmizi qaranlıq günlər gözləyir, görünən o… Təkbaşına hakimiyyət dönəmi bitir. PKK terrorçularının başçısı yaxınlarda azadlıqda olacaq. Türkiyədə federallaşmağa doğru addımlar atılacaq… Türk milləti böyükdür və güclüdür. O, Ərdoğanın ağzının üstündən şapalağını vurdu, çətin günləri də dəf edər… Hər cür koalisiya ola bilər. Türkiyədə dəngələr sürətlə dəyişir… MHP HDP ilə çətin koalisiyaya gedə… Ancaq AKP ilə gedər… AKP 41,4, CHP 25,3, MHP 16,7, HDP 12,0 faiz… HDP hamını şok etdi. AKP 261, CHP 130, MHP 84, HDP 75 deputat çıxarır. Türkiyə son 100 ildə belə nəticə görməyib((( Gələcək qaranlıq… Ən real koalisiya AKP-HDP-dir. HDP-nin səslərini artıran da, Türkiyəni bu dalana gətirən də AKP-dir. Azərilərin yaşadıqları bölgədə də kürdlər güclü, onlar da orada parçalanıb… Qarslılarla İqdırlılar da orada bir-birini yeyir və s.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button