Türkiyədə seldə 2 nəfər ölüb, 6 nəfər itkin düşüb

Türkiyənin Rizə əyalətində leysan yağışlardan sonra yaranan sel nəticəsində 2 nəfər ölüb, 6 nəfər itkin düşüb.

“TRTHaber” xəbər verir ki, bu barədə Rizə bələdiyyəsinin sədri Rahmi Metin tvitter səhifəsində bildirib.

Məlumata görə, ölənlər yerli sakinlərdir.

Sel nəticəsində Rizənin Ardeşen rayonunda dərələr daşıb, Armağan kəndində yollar bağlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button