Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib – YENİLƏNİB

“Volkan Bayer adlı elmi işçimiz dekanın otağına girib, Cemil Yücel təsadüfən orada olmayıb”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Osmanqazi Universitetinin rektoru, professor, doktor Hasan Gönen Pedaqoji fakültəyə silahlı hücümla bağlı açıqlamasında bildirib.

“Fatih bəy orada imiş, onu vurub. Daha sonra dekan müavini və yuxarı mərtəbədəki iki elmi işçimizə atəş açaraq öldürüb. O, əlində tapança binanı tərk edərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən müşayiət edilib. Sonra polis tərəfindən saxlanılıb”, – rektor vurğulayıb.

Dekan Cemil Yücel isə Volkan Bayerin əsas hədəfinin özünün olduğunu bildirib: “Ancaq məni kabinetdə tapmayınca digərlərini güllələyib”.

Qeyd edək ki, silahlı hücum nəticəsində fakültənin katibi Fatih Özumutlu və 3 doktorant öldürülüb, 3 nəfər isə yaralanıb.


*** 16:29

Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, hadisə Eskişehir şəhərində yerləşən Osmanqazi Universitetinin Pedaqoji fakültəsində baş verib.

Adı açıqlanmayan bir müəllim həmkarlarına silahlı hücum edib. Nəticədə 4 müəllim ölüb.

Bildirilib ki, polis hücum etməkdə şübhəli bilinən müəllimi tutub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button