Türkiyənin ilk pilotsuz su gəmisinin sınaqlarına başlanılıb

Türkiyənin silahla təchiz edilmiş ilk pilotsuz gəminin (SİDA) sınaqlarına başlanılıb.

“Star” xəbər verir ki, bu gün hərbi texnika ilk dəfə olaraq dənizə buraxılıb və sınaq uğurlu olub.

Bildirilib ki, ARES şirkətinin istehsalı olan ULAQ pilotsuz gəmiyə 12,7 millimetr kalibrli pulemyotlar yerləşdirilib. Eyni zamanda hərbi texnikada yerli istehsal olan motorlardan istifadə olunub. ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

Pilotsuz gəminin ilin sonuna istifadəyə verilməsi gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button