“Türkmənistan Prezidentinin vəfat etməsi xəbəri tamamilə yalandır”

“Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat etməsi barədə xəbər tamamilə yalandır”. Bu barədə Türkmənistanın Moskvadakı səfirliyinin TASS-a verdiyi açıqlamada bildiirlirb.

Xatırladaq ki, Berdımühəmmədovun vəfat etdiyi barədə xəbəri politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

Qeyd edilir ki, prezidentin Almaniyada müalicə alan anası Oğulabadın səhhəti pisləşib və Qurbanqulı Berdımuhammedov bu səbəbdən Almaniyaya gedib. Bildirilir ki, Türkiyənin məşhur anastezioloqu da Oğulabad Berdiməhəmmədovanın səhhəti ilə bağlı Almaniyaya uçub.

Prezidentin özü isə rəsmən məzuniyyətdədir və 10 gündür o televiziyada görünmür. Ancaq onun adından müxtəlif qurumlara ünvanlanan təbrik məktubları oxunur.

Türkmənistan prezidenti bu gün səhiyyə işçilərini təbrik edib və rəsmi məktubunda səhiyyənin uğurlarından bəhs edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button