Türkmənistanda avtomobil sürmək istəyən qadınlar üçün yeni qaydalar

Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-da yuxarı olmalı, həm də idarə etdiyi maşın da öz adına sənədləşdirilməlidir

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.

Bu barədə “Türkmen. neyus”a istinadla AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nigah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.

Bundan başqa qeyri -rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır.

Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürmə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğuğu bildirilir.

Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button