Tütəyi erməni aləti kimi təqdim edən bəstəkara Elnur Kələntərovdan məktub

Tanınmış yunan bəstəkarı Yanninin dünya turunda çıxış etdiyi musiqi nömrələrindən birində Azərbaycanın milli musiqi alətinin mənsubiyyətini təhrif edərək 3 min il tarixi olan qədim erməni nəfəs aləti- Duduk kimi təqdim etməsinə etiraz olaraq Dövlət Miqrasiya Xidmətinin əməkdaşı, tanınmış jurnalist Elnur Kələntərov bəstəkara facebook üzərindən iradını bildirib.

Elnur Kələntərov bəstəkara düzgün məlumat verilmədiyini bildirərək milli musiqimiz, mətbəximiz, qədim tariximiz və adət ənənlərimizlə yaxından tanış olması, gələcəkdə bu cür halların baş verməməsi üçün Yannini Azərbaycana dəvət edib, milli musiqi alətlərimiz haqqında vikipediyanın linkini yunan bəstəkara göndərib. İradlara münasibət bildirən Maestro, Elnur Kələntərova Dostum deyə müraciət edərək, Azərbaycana gəlmək, milli musiqimizin inciləri ilə daha yaxından tanış olmaq arzusunu etiraf edib. Xatırladaq ki, Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin mətbuat katibidir.

Elnur Kələntərovun müraciətini və Yanninin cavabının tərcüməsi:

Yanniyə məktubun mətni

Cənab Yanni, sənətinizə, peşəkar fəaliyyətinizə dərin ehtiramımı bildirərək nəzərinizə bir faktı çatdırmaq istəyirəm. Konsertlərinizdə nəfəsli musiqi alətini 3 min il tarixə malik qədim erməni musiqi aləti DUDUK adı ilə bəyan etməyiniz Azərbaycanın milli musiqi alətləri haqqında Sizdə düzgün informasiya olmamasından və ya Sizə düzgün məlumat verilməməsindən irəli gəlir.

DUDUK adlandırdığınız o nəfəs aləti daha qədim zamanlardan Azərbaycanın milli musiqi aləti və Qafqaz regionunda geniş yayılmış olan Tütəkdir. Burada ətraflı məlumat yazıb dəyərli vaxtınızı almaq istəməzdim. Sadəcə bildirmək istəyirəm ki, 50 milyonluq Azərbaycan xalqının tarixi musiqi alətini dünyaya erməni musiqi aləti kimi tanıtmağınıza təəssüf edirəm. Aşağıdakı linkdə bizim alətlər haqqında təsdiq olunmuş geniş məlumat var. Fürsətdən istifadə edərək Sizi Azərbaycana qonaq dəvət edirəm. Səfəriniz çərçivəsində həm bizim milli musiqimiz, milli mətbəximizlə yaxından tanış ola biləcək, həm istirahət edəcək həm də Azərbaycanı daha yaxından tanıya biləcəksizniz. Ən əsası da odur ki, Azərbaycan səfərindən sonra Sizi heç kim yalnış informasiyalarla aldada bilməyəcək. Diqqətiniz üşün təşəkkür edirəm.

Yanninin cavab məktubu

Əziz Elnur bəy, mən bu məsələ ilə yaxin keçmişdə bir neçə dəfə maraqlanmışam. Mən bu mübahisəni tam anlayıram. Mən yaxın zamanlarda sevərək Azərbaycana gəlmək istərdim, səfər zamanı isə sizin qonaqpərvərliyinizlə , sizin mətbəx ilə və tütək də daxil olmaqla, bütün milli musiqi alətlərinizlə tanış olmaq istərdim. Bu alətlə keçirdiyim bütün konsertlər xeyli əvvəllər olmuşdur. Mən düşünürəm ki, Yunanıstan Parfenonu və ya Misir piramidaları kimi milli musiqi alətləri də dünyamızın irsidir. Onlar gözəlliyin təzahürüdür, insan yaradıcılığının, dahiliyinin təxayüllünün və insanlığın ulduzlarla yönəlmiş gücüdür. Xoş niyyətli məktubunuza görə sizə minnətdaram. Mən bu məsələni yaxından izləyirəm və Azərbaycana səfərim zamanı sizinlə görüşməyi gözləyirəm. Ona qədər isə sizə dərin hörmətimi bildirirəm əziz dostum Elnur.

Hörmətlə, Yanni

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button