Üç Azərbaycan hərbçisi Şuşa yaxınlığında minaya düşüb

Aprelin 22-də Şuşanın Allahqulular kəndi ətrafında Azərbaycan mövqelərinə təminat vasitələri daşıyan daşıyan hərbi yük maşını minaya düşüb. Nəticədə 3 hərbçi yaralanıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb” -Nazirliyin məlumatında vurğulanır.

Nazirlik yaralı hərbçilərə təxirəsalınmaz yardım göstərildiyi və baş verən hadisə ilə bağlı Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildiyini bildirir.

Məlumatda baş verən hadisəyə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Nazirlik hadisə yerində mühəndis-istehkam bölmələri tərəfindən aparılan axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edildiyini bildirir.

Hələki bu məsələyə Ermənistan müdafiə naziriyinin mövqeyi bəlli deyil.

Azırbaycan rəsmi qurumlarının yaydığı məlumatlara görə, 2020-ci il müharibə bitəndən indiyə qədər 288 Azərbaycan vətəndaşı minaya düşüb və onlardan 50 nəfəri həlak olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button