UEFA Türkiyə futbolçusunun növbəti iki oyunda iştirakını qadağan etdi

Avropanın futbol təşkilatı UEFA iyulun 2-də Avstriya və Türkiyə yığmaları arasında keçirilən matçda baş vermiş insidentlə bağlı qərar verib.

Bu qərarda deyilir ki, Türkiyə yığmasının oyunçusu Merih Demiral təşkilatın ümumi davranış qaydalarını pozub.

Qərarda deyilir ki, futboçu idman tədbirindən qeyri-idman təbiətli ifadə üçün istifadə edib və bununla da futbol idmanına hörmətsizlik nümayiş etdirib.

Təşkilatın Apellyasiya şurası futbolçu Demiralı UEFA çərçivəsində keçirilən dalbadal iki oyunda iştirakdan məhrum edib.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Demiral Avstriyanın qapısına qol vurduqdan sonra hər iki əli “boz qurd” kimi tanınan jest edib.

Boz qurd millətçi təşkilatı dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan və Qazaxıstanda qadağan olunub.

Avstriyada təşkilatın simvolikasından istifadə qadağandır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button