Ukrayna ilə sərhəddə Rusiyanın helikopter və təyyarəsi qəzaya uğrayıb

İstintaqın ilkin rəyinə əsasən təyyarə və helikopter elə Rusiya ərazisindən vurula bilər

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində Mi-8 helikopteri qəzaya uğrqayıb.

Şahidlər helikopterin qəzaya düşməni əks etdirən bir neçə videosunu paylaşıblar. Qeydlərə görə, helikopter havada alışıb və düşməyə başlayıb.

TASS fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzaya səbəb mühərrikin yanması ola bilər. Agentliyin məlumatına görə, iki nəfər həlak olub.

“Baza” isə yazır ki, helikopter uzun müddət şəhərin üzərində dövrə vurub, sonra özəl sektorda az qala düz bucaq altında düşüb. Qəza nəticəsində bir mülki sakinin də yanıq xəsarətləri aldığı bildirilir.

Helikopterin qəzaya uğraması xəbərindən az az sonra Klintsıdan təxminən 40 kilometr aralıda, Bryansk vilayətində Su-34-ün qəzaya uğrayıb.

Rusiya mətbuatı ekipaj üzvlərinin xilas ola bilmdiyini yazır.

İstintaqın ilkin gəldiyi rəy helikopter və qırıcının elə Rusiya ərazisindən vurula biləcəyi ehtimalıdır. Məsələ ilə bağlı geniş əməliyyat tədbirlərinin başlandığı bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button