Ukrayna işğal olunmuş Krımda Rusiyanın patrul gəmisini partlatdığını deyir

Ukraynanın dəniz dronları işğal olunmuş Krımda Rusiyanın “Sergey Kotov” patrul gəmisinə zərbə endirərək dağıdıb. Bunu Ukrayna Hərbi Kəşfiyyatının Baş Direktorluğu martın 5-də bəyanatında bildirib.

Bəyanatda “dağıdılmış” Rusiya gəmisinin dəyərinin 65 milyon dollar olduğu deyilir.

Kəşfiyyatın təmsilçisi Andrey Yusov AzadlıqRadiosuna deyib ki, ilkin məlumata görə, gəmi heyəti arasında ölənlər və yaralılar var, bəziləri təxliyə olunub.

Sosial media postlarında gəmiyə hücumun ötən gecə Feodosiya limanında gerçəkləşdirildiyi deyilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button