Ukrayna parlamentinə azərbaycanlı düşə bilərmi?

Yalçın Qəhrəmanoğlu

Xural.com-a daxil olan məlumata görə, Ukraynada prezident seçkiləri yekunlaşdı, növbəti siyasi aktivlik Ali Radaya seçkilər zamanı gözlənilir. Ukraynada yaşayan azərbaycanlılar olaraq bu seçkilərdə parlamentdə təmsil olunmaq üçün maksimum aktivlik nümayiş etdirməli, Ali Radaya ən azı bir azərbaycanlının seçilməsi üçün çalışmalıyıq.

Artıq Ukrayna Mərkəzi Seçki komissiyası seçkilərin yekun nəticəsini konstitusiya məhkəməsinə təsdiqə göndərdi.

Qanunvericiliyə əsasən məhkəmənin təsdiq qərarından sonra inauqurasiya təyin olunur. Ali Rada haqqında qanuna görə Rada, fəaliyyətinin sonuna 6 ay qalmış buraxıla bilməz, bu da 29 may tarixində sona çatır. İnauqurasiya may ayının 28-nə qədər baş tutarsa, Zelinski parlamenti buraxa bilər, əks halda yeni parlament seçkiləri oktyabr ayının 29-da baş tutmalıdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button