Ukrayna Rusiyanın desant gəmisini partlatdığını deyir

Rusiyanın ilhaq etdiyi Krım vilayətinin başçısı Sergey Aksyonov Feodosiya limanı ərazisinə Ukrayna Silahlı Qüvvələrinin hücumu barədə məlumat yayıb. Onun sözlərinə görə, partlayış dayanıb, yanğın söndürülüb.

“Müvafiq xidmətlər yerdə çalışır. Bəzi evlərin sakinləri köçürüləcək”, — Aksyonov yazıb.

İtkilər barədə məlumat verilmir.

Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk isə Feodosiya limanında “Novoçerkassk” böyük desant gəmisinin vurulduğunu açıqlayıb. O, zərbəni Ukrayna aviasiyasının endirdiyini deyib.

Oleşuk Rusiya donanmasının getdikcə azaldığını yazıb. Ancaq o, cəbhənin ən yaxın nöqtəsindən təxminən 250 km məsafədə yerləşən Feodosiyanın nə ilə vurulduğunu dəqiqləşdirməyib.

Ukrayna ordusunun səhər bülletenində deyilir ki, Feodosiya limanındakı “Novoçerkassk” gəmisi ötən gecə qanadlı raketlərlə vurulub. Məlumatda başqa detallar açıqlanmır

Rusiya hakimiyyəti bu informasiyanı, hələlik, şərh etməyib. Hazırda Ukrayna hərbçilərinin bəyanatını müstəqil mənbələrlə təsdiqlətmək də mümkün olmayıb. Ancaq Feodosiya limanından partlayışlar, yanğın, daha sonra təkrar böyük yanğın haqda Rusiya və Ukrayna mənbələri, bir sıra Telegram kanalları məlumat yayıblar.

“Meş” kanalı Krım körpüsündə hərəkətin bir müddət dayandırıldığını yazıb.

Feodosiya ilhaq olunmuş Krımın cənub-şərqində yerləşir. Ukrayna Sevastopol limanını bir neçə dəfə vurandan sonra Rusiyanın Qara dəniz donanmasının gəmilərinin bir hissəsi oraya yerləşdirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button