Ukraynada kriminal mübarizə: Lotu Quli də var

Ukraynanın iri şəhərləri uğrunda kriminal mübarizə başlayıb.

Musavat.com-un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, söhbət əsasən Kiyev, Xarkov və Odessadan gedir.

Məlumata görə, gərginlik əsasən üç “qanuni oğru”nun klanları arasındadır.

Bu sırada isə “Nedelya” ləqəbli ukraynalı “qanuni oğru” Andrey Nedzelski, Lotu Quli və Antimos Kuxilavanın adı çəkilir. Sonuncu nə Nedzelski, nə də Lotu Quliylə mübarizə aparmaq gücündə deyil.

“Ona görə də, o, Taro Suxumskinin dəstəyinə ümid edir. Xüsusən də Odessaya nəzarət uğrunda mübarizədə Lotu Quliyə uduzan Kuxilava Taronun köməkliyi ilə mövqelərini bərpa etmək niyyətindədir”, – deyə məlumatda bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button