Ukraynada prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin birinci turu ilə bağlı səsverməyə dair rəsmi nəticələri açıqlayıb.

Xural.com AZƏRTAC-a istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlərin yığdığı səslərin yekun rəqəmləri elan olunub.

Rəsmi nəticəyə əsasən prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayıb.

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq MSK rəsmi nəticələri aprelin 10-dək açıqlamalı idi. 39 namizədin iştirak etdiyi prezident seçkilərində seçici fəallığı 63,48 faiz olub. Namizədlərdən heç biri 50 faiz səs toplamadığı üçün aprelin 21-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button