Ukraynalı deputat “Gəl ey səhər” dedi – Video
xural.com gun.az-a istinadən xəbər verir ki, ifaçı şair Fikrət Qocanın və bəstəkar Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.
Tamamilə yeni aranjimanda təqdim olunan mahnı üzərində Ukrayna, Almaniya və İngiltərədən olan beynəlxalq komanda işləyib.
P.Bülbüloğlunun repertuarına müraciət edən Zlata Oqneviç bununla Azərbaycan musiqisinə və sənətkarımıza olan rəğbətini ifadə etmək istədiyini deyib:
“Bu mahnını ifa etməklə mən Azərbaycanın mədəni irsinə sevgimi, Azərbaycan xalqının ənənələrinə hörmətimi və əfsanəvi bəstəkar və müğənni Polad Bülbüloğluya rəğbətimi bildirmək istədim”.
“Baku Music Factory” kanalı klipi təqdim edir: