Ukraynanın 2000-dək rus hərbçisini əsir götürdüyü bildirilir

Yayımlandı: 16 Avqust 2024 17:04

Ombudsman bildirib ki, Rusiya məhbus mübadiləsi ilə bağlı onlarla əlaqə saxlayıb

Ukrayna Rusiya qoşunlarının iki ildir davam edən müharibədə ən pis duruma düşdüyünü iddia edir.

“Ukrinform” yazır ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürmüş ola bilər.

Ölkənin təhlükəsizlik xidməti isə açıqlayıb ki, avqustun 14-də 102 rus əsgərini əsir götürüb.
Bu, İkinci Dünya Müharibəsindən sonra suveren Rusiya ərazisinə edilən ən böyük xarici hücum kimi qiymətləndirilir.

Ukrayna Ombudsmanı bildirib ki, Rusiya məhbus mübadiləsi ilə bağlı Ukrayna ilə əlaqə saxlayıb.

Rusiya hərbi əsirlərinin fotoları da yayımlanıb. Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, onlar geniş yeraltı kompleksdə əsir götürülüb, silah-sursatları müsadirə edilib.

Parlamentin Kiyevdəki insan haqları komissarı Dmitri Lubinets çərşənbə günü televiziyada açıqlama verib. Deyib ki, Rusiya rəsmiləri artıq mümkün məhbus mübadiləsi ilə bağlı Ukrayna ilə əlaqə saxlayıb. Lakin o, əsir götürülən hərbçilərin ümumi sayı da daxil olmaqla, təfərrüatları açıqlamaqdan imtina edib.

Məhbusların dəyişdirilməsi ilə bağlı danışıqlarda Kremli təmsil edən Rusiya insan haqları ombudsmanı Tatyana Moskalkova şərh vermək istəyinə dərhal cavab verməyib.
Rusiyanın müdafiə naziri Andrey Belousov sərhədyanı rayonlarda “əhalinin təhlükəsizliyinin təmin edilməsi” üzrə hərbi rəsmilərlə danışıqlar apardığını deyib.

Ukrayna ordusunun başçısı general-polkovnik Oleksandr Sırksi cümə axşamı bildirib ki, onun qüvvələri Kurskda təxminən 445 kvadrat mil (1150 kvadrat kilometr) ərazini ələ keçirib.

Hesablamalara görə, bu, onların keçən yay üç aylıq əks-hücumları zamanı işğal olunmuş Ukraynada geri ələ keçirdikləri ərazilərin həcmindən təxminən üç dəfə çoxdur.

Rusiya rəsmiləri, hərbi və siyasi vəziyyətin sabitləşdiyini iddia etsələr də, sosial mediada paylaşılan görüntülər əksini göstərir.

Britaniyanın “The Independent” nəşrinin yazdığına görə, general-polkovnik Sırksi həmçinin bildirib ki, Kiyev Rusiyanın Kursk vilayətinin işğal olunmuş hissəsində hərbi komendantlıq yaradıb və orada onun qüvvələrinin hələ də irəlilədiyini və son 24 saat ərzində 1,5 km (0,93 mil) məsafə qət etdiyini bildirib.

Cəbhədə baş verən hadisələri izləyən ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW)
görüntülərdə Ukraynanın Rusiya ərazisinə müdaxilə kimi görünən hər iki tərəfdə irəlilədiyini göstərir. Ukrayna əsgərləri Rusiya sərhədindən təxminən 11 mil məsafədədir.

Rəsmi məlumata görəsə Ukrayna 10 gün əvvəl başladığı hərbi əməliyyatdan sonra 82 kənd və şəhər daxil olmaqla, hazırda Rusiya ərazisinin 1150 kvadrat kilometrinə (444 kvadrat mil) nəzarət edir. Bu iddiaları əsaslandıracaq hər hansı fakt yoxdur. Rusiya tərəf açıqlamalarında hərbi əməliyyatları təsdiq etsə də, detallı açıqlama verməyib. Bildirib ki, ukraynalı əsgərlər geri oturdulub.

Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə günü deyib ki, Kiyev qüvvələri bütün yeni cəbhə xətti boyunca “bir və ya iki kilometr” irəliləyir.
Həssas məsələlər haqqında açıq danışmaq istəməyən ukraynalı polkovnik “The Independent”-ə bildirib ki, hücumda 8 minə yaxın əsgər iştirak edib.

Onun sözlərinə görə, daha minlərlə Ukrayna əsgəri döyüşə girməyə hazırdır.
Rusiya rəsmiləri Kursk vilayətindən və qonşu Belqorod rayonundan 200 minə yaxın dinc sakinin təxliyə edildiyini bildirir.

Ukrayna qüvvələri Belqoroda daxil olmayıb, lakin fövqəladə vəziyyət elan edilib və yerli rəsmilər Ukraynanın əraziyə havadan hücumlar təşkil etdiyini bildiriblər.

Ukrayna ordusu irəliləməyə davam etdiyinə görə, Kursk vilayətinin səlahiyyətliləri çərşənbə günü axşam saatlarında daha bir rayonu, Qluşkovu təxliyə etmək qərarına gəliblər.
Rayon birbaşa Ukrayna ilə həmsərhəddir və 20 minə yaxın əhalisi var. Regional qubernator Aleksey Smirnov “Telegram” mesajlaşma proqramında polis və digər dövlət orqanlarının evakuasiya prosesini koordinasiya edəcəyini bildirib.

Pentaqonun sözçüsü Sabrina Sinq cümə axşamı jurnalistlərə deyib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin çərşənbə günü Ukraynanın müdafiə naziri Rustem Umerovla telefonla danışıb. Onun sözlərinə görə, hazırda ABŞ Ukraynanın Rusiyaya hücumundakı məqsədləri barədə daha çox məlumat öyrənməyə çalışır.

Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın ilk günlərində verdiyi açıqlamada “Putin işğalın, müharibənin nə demək olduğunu öyrənəcək”, – deyə açıqlama vermişdi.

Ukraynanın bu əməliyyatda təkcə ABŞ-dan deyil, Qərbin təchiz etdiyi bir sıra texnikadan istifadə edə bilməsi onu göstərir ki, Ukraynanın Rusiyaya zərbə endirməsində sərt qırmızı xəttin olduğunu düşünən hər kəs özlərini bu qırmızıya çevirib. Bəlkə də əslində o xətt heç mövcud olmayıb”, – Amerika Müəssisə İnstitutunun baş əməkdaşı Chris Miller belə deyib.

Zelenski bildirib ki, Ukrayna Kursk vilayətinin Sudja şəhərində hərbi komandanlıq məntəqəsi yaradıb və Sırskinin sözlərinə görə, bu məntəqə ictimai asayişi qorumaq və yerli əhalinin əsas ehtiyaclarını təmin etmək üçün istifadə olunacaq. Prezident çərşənbə günü müntəzəm videomüraciətində bölgədəki Ukrayna qoşunlarını məhbus mübadiləsi üçün “mübadilə fondunu” doldurduqlarına görə tərifləyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button