Ukraynanın müdafiə naziri dünya ölkələrindən ağır silahlar istəyib

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov beynəlxalq ictimaiyyətə müraciət edib. UNIAN xəbər verir ki, o, dünya ölkələrindən ağır silahlar istəyib.

“Biz ağır silahlarla təmin olunsaq, ərazilərimizi azad edə və rusiyalı hərbçiləri ölkəmizdən çıxara bilərik. Bilirəm ki, bu silahları müxtəlif ölkələrdən ala bilərik. Bunları bizə versələr, şərə müqavimət göstərdiklərini nümayiş etdirəcəklər”, – o bildirib.

Nazir deyib ki, eyni zamanda Rusiyanın neft və qazına, həmçinin bank sisteminə sanksiyalar tətbiq olunnmalıdır: “Əks halda müharibə uzanacaq. Savaş hər an digər ölkələrə də keçə bilər. Çünki Vladimir Putin Ukraynada dayanmayacaq”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi dəstək paketini təsdiqləyib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button