Ülviyyə az yaşlı uşaqlarını görməkdən məhrum olunmalıdır…? QARŞI TƏRƏFİN VƏKİLİ

Bir neçə gün bundan öncə Ülviyyə Həsənova adlı şikayətçi redaksiyamıza müraciət edərək, bir hadisənin işıqlandırılmasında ona dəstək olmaqımızı xahiş etdi. Ü. Həsənova bildirdi ki, yaxın günlərdə Yasamal Rayon Məhkəməsində onun məhkəmə prosesi keçiriləcək və biz də mətbuat işçisi olaraq onun prosesində iştirak edək. Hadisəyə gəldikdə isə Ü.Həzənova deyir ki, dörd il bundan öncə az yaşlı uşaqları əlindən alınıb və uşaqlarını geri almaq üçün ölkədə adiyyatı üzrə təşkilat və polis orqanlarında getmədiyi yer, döymədiyi qapı qalmayıb. Amma nə çarə!? İllərddir ki, ananın müraciəti cavabsız qalıb. Və nəhayət ana az yaşlı uşaqları ilə görüş almaq üçün Yasamal Rayon Məhkəməsinə üz tutub və bizim də həmin prosesdə iştirakımızı istəyir. Biz də xeberman.com saytının rəhbəri olaraq həmin prosesdə iştirak etməyi qərara aldıq.
Nəhayət 27.02.2018-ci il tarixdə Yasamal Rayon məhkəməsində gözlənilən proses baş tutdu. Belə ki, qarşı tərəfin nümayəndəsi Həsən Nəsibov əvvəlcə məhkəmənin gedişində xeberman.com saytının rəhbəri jurnalist Polad Aslanovun və digər Jurnalistlərin prosesdə iştirakına əngəl yaratmaq istədi və prosesin qapalı keçirilməsini məhkəmədən tələb etdi. Hakim H.Nəsibovun istəyini təmin etmədi.
Daha sonra H.Nəsibov məhkəməyə vəsadət təqdim edərək bildirdi ki, uşaqlar məhkəməyə gətirilərək yenidən dindirilsin və onların analarına olan münasibətdən sonara məhkəmə rətnamə çıxarsın. Və ən başlıcası Ü.Həsənova az yaşlı uşaqları ilə ünsiyyətdə olmaqdan, eləcə də ananın ümumiyyətlə onları görməyinə (məhrum olunsun) məhduduyyət qoyulsun. Hakim qarşı tərəfin təqdim etdiyi vəsadəti əsassız hesab edərək, təmin etmədi. Təbii, ortada heç bir səbəb yox idi ki, Ü. Həsənovanın az yaşlı uşaqları ilə görüşünə maneəçilik yaratsın. Daha sonra iddiaçının özü və nümayəndələri Əntiqə Qurbanova və Zümrüd Yağmur çıxış etdi, məhkəmədən Ü.Həsənovanın uşaqları ilə görüşünə ədalətli qətnamə çıxarmağını istədi. Məhkəmə müşavirəyə getdi və sonda yekun qərar çıxardı. Ü. Həsənova hər həftənin şənbə günləri dörd saat olmaqla az yaşlı uşaqları ilə görüşə bilər.

Xatırladaq ki, Ülviyyə Həsənova 2014-cü ildə həyat yoldaşı Rauf Həsənovla boşanıb. On iki illik evlilikdən onların üç övladı var. Üç övladı ortada heç bir səbəb olmadan boşanma nəticəsində anadan alınıb ata imkanlıolduğu üçün onun himayəsinə verilib. Hazırda uşaqlardan Gülxarın 14, Kamilin 12, Fərhadın isə 9 yaşı var. Dörd ildir uşaqlarını bir ana kimi öz yanına alıb onlarla birgə yaşamaq üçün dəfələrlə məhkəməyə baş vuran Ülviyyə xanım hər dəfə buna nail ola bilmədiyindən ən azından onlarla ünsiyyətə rəsmi şəkildə icazə əldə etməkdən ötrü Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edib.(press-az.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button