Rubrikalar: GÜNDƏM XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi.

07 dekabr 2019-cu ildə Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirildi.
Azərbaycan Dövlət Himni oxunduqdan və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra sessiya öz işinə başladı.

Ali Məclisin sədri Rafail Tagızade gündəlikdə olan məsələni Məclis üzvlərinin diqqətinə çatdırdı. Çıxış üçün söz partiyanın sədri İqbal Ağazadəyə verildi. Sədr ölkədə və regionlardakı ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, seçkilərdə iştirakla bağlı geniş məruzə ilə çıxış etdi.

Çıxışa başlayan İqbal Ağazadə ilkin olaraq qeyd etdi ki, bu gün – 7 dekabr tarixi Azərbaycan Cunhuriyyətində düz 101 il öncə ilk Parlament iclasının keçirildiyi gündür.

Sədr bu münasibətlə də Rəsulzadə düşüncə irsinin əsgərlərini təbrik etdi. Partiya sədri qurucu babalarımızın xatirəsinin bir dəqiqə sükutla yad edilməsini təklif etdi. Daha sonra Bələdiyyə seçkilərində namizədliyi təsdiq edilmiş üzvləri təbrik etdi.

09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərindən danışan İqbal Ağazadə seçkilərdə iştirakın vacibliyini bildirdi: “Biz hələ bir neçə il öncə proqnoz vermişdik ki, 2019-2020-ci illər Azərbaycan və Cənubi Qafqaz regionu üçün vacib və həlledici illər olacaqdır. Zamanın tələbi olaraq, ölkəmizdə iqtidar istəsə də, istəməsə də Azərbaycanda dəyişikliklər dünyanın inkişaf dinamikasına uyğunlaşacaq” – söyləyən hörmətli sədr çıxışında 02 dekabrda Milli Məclisin buraxılması ilə bağlı qərarın hüquqi, siyasi və mənəvi tərəflərindən danışdı. Ölkəmizdə ilk dəfə baş verən bu prosesə hərtərəfli, geniş, aydın izah verdi.

İqbal Ağazadə növbədənkənar parlament seçkilərində iştirakın nə üçün vacib olduğundan bəhs etdi: “Azərbaycanda baş verən seçki proseslərini, hadisələri, hakimiyyətin davranışlarını bizdən çox təhlil edən və doğru qənaətə gələn olmayıb. Seçki partiyanı ayaqda saxlayan alternativsiz tək vasitədir. Demokratiyanı ancaq demokratik seçkilər gətirəcək.

Əsas suallardan biri budur ki, biz niyə seçkidə iştirak etməliyik? Biz seçkilərdə ona görə iştirak etməliyik ki, hazırkı vəziyyəti dəyişməyin alternativ yolu yoxdur. İnqilab, savaş, qan bahasına dəyişiklik nə bizə, nə də xalqa lazımdır. Qırğın bahasına hakimiyyətə gəlsək də, bir müddət sonra bunun fəsadları üzə çıxacaq. Ona görə də bir siyasi partiya kimi bizim ilkin vəzifəmiz mümkün olanı etməkdir.
Biz seçkidə həm də ona görə iştirak edirik ki, vətəndaşlarda seçki vərdişlərini formalaşdıraq. Partiya qərar verərsə, seçkilərdə aktiv iştirak edə biləcək, dairələr üzrə namizədlərimizin seçilməsi üçün təbliğat imkanımız olacaq. Ona görə də hər kəsin bu qərarın icrası üçün çalışması vacibdir”.

Ali Məclis 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində Ümid Partiyasının iştirak etməsi ilə bağlı qərar qəbul etdi.

Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizəliyini təsdiq etdi. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verildi.

Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri, səlahiyyətli şəxs olaraq Ümid Partiyası adından çıxış etmək, lazımi sənədləri imzalamaq hüququ haqqında müvafiq qərarlar qəbul edildi.

Sonda Ali Məclis ATƏT-in müşahidə missiyasını seçkiləri müşahidə etməsi üçün də müraciət qəbul etdi. O cümlədən dairədə namizədliklərini verən şəxslərlə funksional əməkdaşlıq üçün Rəyasət Heyətinə yetki verdi.

Bununla da Ali Məclis öz işini bitirdi.

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

3 hərbçimiz şəhid oldu

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Tovuz istiqamətində vəziyyət yenə gərginləşib

"Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Facebook" səhifəsində məlumat yayılıb. "Ermənistan…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. Bu barədə "Report"a sabiq…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

İrəvanın iddiasına Azərbaycan Müdafiə Nazirliyindən reaksiya: “Yalandır!”

Ermənistan rəsmiləri Tovuz istiqamətindəki itkilərini gizlədir, yerli ermənilər isə “ölənlər və yaralananlar var” yazırlar Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisindən və Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Təhsilə rüşvət qatanlar kimlərdir?

Xədicə Əlizadə Jurnalist   Korona virusla əlaqədar olaraq dünyada gedən proseslər bütün dünya ölkələrinə təsir göstərdiyi kimi Azərbaycana da təsirsiz…

12 İyul 2020
Xural.COM