UNİBANK BAĞLANACAQ?!

35 mln. manatlıq yığılmış zərəri olan “Unibank” səhmdarları “mənfəəti bölüşmək” istəyirlər

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.

Banker.azca xəbər verir ki, bu barədə İdarə Heyəti məlumat yayıb. Yığıncaq 22 iyun 2023-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər”- deyə, elanda bildirilir.

Bank 2022-ci il üzrə hesabatda 557 min manatlıq xalis mənfəət etdiyini açıqlasa da, 1 yanvar 2023-cü il tarixinə balansında illərin 35.04 mln. manatlıq yığılmış zərəri var. Söhbət burada kənar audit edilmiş hesabat deyil, bankın aslı tərəfindən aparılan hesabatdan gedir.

Xatırladaq ki, “Unibank KB” ASC-nin 149.39 mln. nizamnamə kapitalı var. Səhmlərinin 87.0%-i Eldar Qəribov, 7.1%-i “Canley Fınance SA” təşkilatı, 2.8%-i Güvenli Quliyev, 2.4%-i Zemfira Cəfərova və digər 4 yerli fiziki şəxs, 0.4%-i Tsagkamilis Georgios və 0.3%-i Faiq Hüseynova məxsusdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button