Unudulmaz Üzeyir Hacıbəylinin unudulan tələbəsi

Arxada qalan Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatda olan sonuncu tələbəsi, xalq artisti Şəfiqə Axundova yad olunmayıb

 Bu barədə məlumatı XuralTAC-a Müsəlman Şərqinin ilk opera yazan qadın müəllifi özü verib. Şəfiqə xanımın sözlərinə görə, əvvəllər onu tez-tez xatırlasalar da, son vaxtlar heç kim onun halını xəbər almır. Hazırda ömrünün 87-ci payızını yaşayan bəstəkar xanım yubileynin dövlət səviyyəsində keçiriləcəyinə inanır: “Nədənsə, mənim yubileyim dövlət səviyyəsində təşkil olunmadı. Üzeyir bəyin həyatda olan sonuncu tələbəsiyəm. “Üzeyir Günü” qeyd olunur, amma tələbəsi yada düşmür? İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyi Şərqin ilk opera yazan qadın bəstəkarının yubileyini keçirməyi unutmayacaq”.

Son zamanlar səhhətindəki narahatlıqdan gileylənən Şəfiqə Axundova halının tez-tez dəyişdiyini qeyd etdi. Bəstəkar söhbət zamanı onu da bildirdi ki, müəllifi olduğu mahnıları oxuyan müğənnilərin heç biri qonorar ödəmir.

XuralTAC

 

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button