“Unutmayın, ABŞ-ın orduları… sonra Bakıya, Təbrizə girəcək!”

Yasəmən Qaraqoyunlu

ABŞ-ın orduları Kabildən, Hələbdən, Şamdan, Bağdaddan sonraTehrana, sonra Ankaraya, sonra Bakıya, sonra Təbrizə girəcək… Sırasıyla və zamanla insan haqları və demokratiyanı savunmaq adı altında ərəbi, farsı, türkü öldürərək, bir-birləriylə qırdıraraq neftini, resurslarını sömürəcək, talayacaq, bu millətləri və mədəniyyətləri də yox edib bitirəcək. Bu savaş nə Qasım Süleymani, nə Xomeyni, nə Səddam Hüseyn, nə Qəddafi, nə Ben Ladin, nə hansısa diktatoru devirib demokratiya qurmaq savaşı deyildir – sivilizasiya savaşıdır. Hətta “din savaşı” da demək olar. Bu savaşda bir-bir etnoslar, məzhəblər, təriqətlər, liderlər silah kimi istifadə edilir. ABŞ-ı Orta Doğuda gücləndirən faktor etnoslararası, məzhəblərarası, xalqlar və dövlətləratası qarşıdurmadır. Orta Doğuda terrorizmi də, diktator rejimləri də quran elə ABŞ özüdür. Dövlətləri və terrorçu qrupları da silahlandıran ABŞ-dır. Əslində, sistem elə qurulub ki, hamı – xalqlar da, dövlətlər də, siyasi elitalar və partilər də, dini liderlər də ABŞ-ın maraqlarına xidmət edir. ABŞ da yavaş-yavaş hamını bir-bir sıradan çıxarır və yox edir. Mən ABŞ-ın Orta Doğudakı siyasətini uzayda bütün qalaktikaları udan qara dəliyə bənzədirəm. ABŞ hər kəsi bu qara dəlik kimi sorub sovurmaqdadır.
Unutmayın. Sıra tezliklə bizə də gələcək… Sırasıyla fars, ərəb öldürüldükdə türk sevinəcək, türk öldürüldükdə fars, ərəb. Amma hər kəs öldürüləcək. Zamanla…

ABŞ-ın bütün siyasət fəlsəfəçiləri – F.Fukuyama, S.Hantinqton, Z.Bzejinski, Popper, Tofler, Soros və hamısı bu savaşın fəlsəfəsini hazırlayan şəxslər…
Biz kitab oxumuruq. Nə qərbi bilirik, nə də şərqi. Bizim dünyagörüşümüz və siyasət bilgimiz elə Azərbaycan qədərdir.

Gerçək düşmanımız kim, Türkiyə kiminlə savaşır hələ dərk etməmişik…
Orta Doğu xalqlarını, hətta 22 ərəb dövlətlərini bir-biri ilə düşman edən əsl gücü, üstün ağlı hələ tanımamışıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button