ÜP sədri İqbal Ağazadə…

Yeri gəldi…

«Azadlıq» qəzetinin köşə yazarı Elnur Astanbəylinin köşə yazısında maraqlı bir məqama toxunulub. Elnur bəy deputat təyin olunan ÜP sədri İqbal Ağazadənin «facebook»dakı statusunu qəzet Oxucuları ilə paylaşıb. ÜP sədrinin statusu belədir:

«Azərbaycanda demokratiya uğrunda mübarizə aparanlar elmi mübarizə yolunu seçməlidirlər»!

Elnur Astanbəyli bu statusa heyrətlənib. Heyrətlənmək niyə, qardaş? Bu adam bir dəfə deputat olanda toxunulmazlığı əlindən alınmadımı? Alındı! Sonra bu adam həbsxanaya göndərilmədimi? Göndərildi! Orada iki şilləyə fələyini şaşırmadımı? Şaşırdı! «Prezidentim» dediyi İsa Qəmbərin (amma İsa Qəmbər ona başqa şey deyir…) haqqında ANS telekameralarına danışmadımı? Danışdı! Sonra həbsxanadan çıxıb yenidən Milli Məclisə təyinat almadımı? Aldı!

Bütün bunlardan sonra hansı yol qalır? Elm yolu! Bax ÜP sədri də onu deyir…

Sən Heydər Əliyev rejimi zamanında bu boyda imtiyazın tanındığı ikinci bir şəxsi göstərə bilərsənmi?

Bilməzsən!

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button