Ürəyimiz qardaş Türkiyə ilə yanır! – YARDIMLAR ÜÇÜN LİNKLƏR

Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarətə alındığı bildirilib. Bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin, Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan, yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, hazırda ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir. Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub. Məlumata görə, hazırda bu yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı, 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir. Lakin bir çox müxalifətçi və vətəndaşların sosial şəbəkələrdə yayımladıqları videolarda, nəzarətə alındığı iddia edilən yanğınların daha geniş sahələrə yayıldığı deyilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyəyə yardım göstərən ölkələrlə bağlı danışıb. Sitat: “Ən çox ehtiyacımız olan, böyük su tutumlu helikopterlərdir. Azərbaycan sağ olsun, ekipaj və helikopter göndərdi. Əlində bu cür təyyarə və helikopter olan ölkələrdən maraqlandıq, Rusiyadan tapdıq, onlardan satın aldıq. Ruminyanın təklif etdiyi təyyarə, bizə uyğun olmadı. Fransa dedi ki, İspaniyada yanğınlara görə təyyarə göndərə bilmirlər. Almaniya, əvvəl 2 helikopter göndərəcəyini dedi, sonra sel təhlükəsinə görə göndərə bilməyəcəyini bildirdi. Hazırda İran, İspaniya, Qətər, Azərbaycan, Rusiya və Ukrayna təyyarələri, iş başındadır.”

Doğma Türkiyənin bu çətin günlərində Azərbaycan vətəndaşı olaraq bizlər də maddi, mənəvi dəstək göstərə bilərik. Aşağıda qeyd edilən linklərə keçid edərək az-çox demədən hər kəs bir fidan ianə versə, bələdiyyələrin səhifələrində paylaşılan bir ehtiyac siyahısını qarşılaya bilsə belə yetərlidir. Vətəndaşlarımızı, Türkiyəmizə dəstək olmağa çağırırıq!

Güncel ihtiyaç listeleri ve duyurular-verilerin toplu takibi için: www.afetharitasi.org
Belediye il ilçe duyuruları ve güncel ihtiyaç listeleri takibi için : (lütfen gönderimlerin yığılmaması ve faydalı olması için güncel liste ve sayfalardaki iletişim kontaklarına ulaşın)
Adana Bələdiyyəsi: www.adana.bel.tr/
Antalya Bələdiyyəsi: www.antalya.bel.tr/
Marmaris Bələdiyyəsi: www.marmaris.bel.tr/
Muğla Bələdiyyəsi: www.mugla.bel.tr/
Manavqat Bələdiyyəsi: www.manavgat.bel.tr/
Datça Bələdiyyəsi: www.datca.bel.tr/
Bodrum Bələdiyyəsi: www.bodrum.bel.tr/
Milas Bələdiyyəsi: www.milas.bel.tr/
Alanya Bələdiyyəsi: www.alanya.bel.tr/
Fethiye Bələdiyyəsi: www.fethiye.bel.tr/
Seydikemer Bələdiyyəsi: www.seydikemer.bel.tr/
İnsan, canlı kurtarma ve insan gücüyle yardım: www.akut.org.tr/bagis-yap
İnsan gücüyle yardım ve evlerini kaybetmişlere destek: www.ahbap.org/bagisci-ol
Tüm yaralanmış hayvanlar için: www.fonzip.com/haytap/bagis www.pawguards.org/seferberlik

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button