URMU GÖLÜ QURUMASIN!!!

Urmiyə və Urmu Gölü.

Urmiyə, Güney Azərbaycanın Təbrizdən sonrakı ikinci böyük şəhəridir.

Şəhərin əhalisi təxminən 850.000 nəfərdir.

Əhalinin% 90-i Azərbaycan Türklərindən ibarətdir.

Urmiyə şəhərinin30 kmyaxınlığında, Urmu Gölü, ya da Urmiyə Gölü vardır.

 Urmu Gölü, Güney Azərbaycanın ən əhəmiyyətli təbiət varlıqlarından biridir.

 İran fars dövlətinin tətbiqləriylə, Urmu Gölü əhəmiyyətli ölçüdə qurumuşdur.

Urmu gölünün hamısının quruması vəziyyətində 10 milyard ton duz ortaya çıxacaq və bu duzlar külək və digər təbiət hadisələri ilə bölgəyə yayılacaq və çox geniş bir sahədə, təbii fəlakət yaradacaqdır.

Təbii fəlakət Türkiyənin şərqini də əhatə edəcək.

Bu təbii fəlakət sonrasında, milyonlarla Azərbaycan Türkü yaşadığı yerləri tərk etmək məcburiyyətində qalacaq.

Urmu Gölü, Türkiyə sərhədinə 60-70 kmuzaqlıqdadır.

Urmu gölünün qurumasını qarşısını almaq üçün, ediləcək işlərlə əlaqədar, İran Parlamentinə keçən həftə verilən bir təklif, Parlamentdə çoxluq təşkil edən farslar tərəfindən əngəllənmişdir.

Əngəlləməni edən fars millət vəkillərindən biri, gerçək niyyətlərini açıqlayan bu ifadəni istifadə etmişdir. “Göl qurusa, o bölgədə yaşayanlar (yəni Türklər), başqa yerlərə köçəcəklər”.

Keçən həftə İran parlamentində meydana gələn bu hadisələr üzərinə, güneyli soydaşlarımız, illərdir, Urmiya gölünün qurumasına qarşı apardıqları mübarizəni bir az daha aktifləşdiriblər.

Urmu Gölünün qurumasını dünyaya çatdırmağa çalışan aktivistlerden biri də Ankarada yüksək təhsilini davam etdirən Güney Azərbaycan Türkü,  Mehsa Mehdili’dir.

Mehsa Mehdili, keçdiyimiz həftə ailəsinin yanına, Təbrizə gedəndə heç bir səbəb göstərilmədən həbs olunub.

Urmu Gölünün qurumasına qarşı davam etdirilən bu mübarizə, Güney Azərbaycan Türklərinin milli mübarizələrinin bir parçasıdır. Güneyli soydaşlarımızın Ana dillərini, təbiət varlıqlarını qoruma mübarizəsi və digər mübarizələri, onların azadlıq mübarizəsinin bir hissəsidir.

 O səbəblə, bütün dünyadakı Türklər, xüsusilə Azərbaycan Türkləri tərəfindən mütləq dəstəklənməlidir.

Urmiya gölünün qurumasına qarşı çıxmaq, eyni zamanda bir insanlıq borcudur. Urmu Gölü eyni zamanda bütün bəşəriyyətin, təbiət sərvətlərindən biridir.

 URMU GÖLÜ QURUMASIN!

MEHSA MEHDİLİ’ye ÖZGÜRLÜK!

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button