Uşaq yeməklərinin idxalına deputat rəhbərlik edir?

Aslan Cəfərov

Körpələrin qidaları və digər istehlak məhsulları da bir məmurun inhisarındadır

 XuralTAC-a daxil olan məlumata görə, Azərbaycana gətirilən uşaq qidaları, həmçinin, körpələrin alt geyimi olan «Pampers» və bu kimi digər məhsulların idxal inhisarçılığı 77 saylı Astara seçki dairəsinin deputatı Aslan Cəfərova məxsusdur.

Deputatın rəhbərlik etdiyi «Diplomat-1» firmasının ölkəyə gətirilən körpələrin alt geyimləri və qidalarına nəzarəti həyata keçirdiyi bildirilən məlumata görə, Aslan Cəfərov ötənilki seçkidə parlamentə biznesmen kimi seçilib.

Qeyd edək ki, YAP üzvü Aslan Cəfərov parlamentin yeni tərkibində təmsil olunan ən passiv deputatların önündə gedir. Milli Məclisin yaz sessiyası dövründə bir dəfə belə çıxış etməyən, qanunverici orqanın işində demək olar ki, iştirak etməyən deputatın başı biznesinin gücləndirilməsinə qarışıb.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button