ÜST nümayəndəsi Azərbaycanda koronavirusun niyə az yayıldığını açıqladı

“Bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1 548 nəfər təşkil edib. Onlardan 948 nəfər sağalıb. İndiyədək ölkədə 20 ölüm halı qeydə alınıb”.

Virtualaz.org xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

ÜST rəsmisi bildirib ki, hazırda Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabitdir və yoluxma sayı azalıb.

H.Harmancı vurğulayıb ki, Azərbaycanın bu sahədə gördüyü işlər öz müsbət təsirini göstərir: “Bu, əsasən özünü sağalma sayının çoxluğunda göstərir”.

O qeyd edib ki, bir çox ölkələr, o cümlədən Azərbaycan da ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır.

ÜST rəsmisi əlavə edib ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: “Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.

O Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.

“Azərbaycan hökuməti mayın 5-i üçün karantin rejiminin yumşaldılmasından bəhs edir. Bunun üçün hazırlıq işləri görülür. Biz də əlimizdən gəldiyi qədər dəstək göstərməyə hazırıq. Yaşlı insanların təhlükəsizliyinin təmin edilməsi əsas amillərdən biridir. Xarici ölkələrdə yaşlı insanların birgə yaşadığı evlər var. Yüngülləşdirmə prosesində bu məsələ orada nəzərə alacaq.

Onun sözlərinə görə, Azərbaycanın karantin rejimindən necə çıxacağı qərarı verilən zaman xalqa güvənmək önəmlidir: “Çünki xalq bu əməllərə riayət etməsə, vəziyyət yenidən pisləşə bilər. Aprelin 10-dan bu yana yoluxma sayında azalma görünür. Bu, da bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. İnsanlar həftələrcə evdə olmaqdan çox yorulub. Ona görə də karantin rejimindən çıxmaq üçün də ciddi düşünmək lazımdır ki, vəziyyət yenidən pisləşməsin. Koronavirusa yoluxan şəxs nə qədər tez aşkar olunsa, onun izolyasiyaya alınması müsbət nəticə verər. Azərbaycan da bu baxımdan təqdirəlayiq addım atmış oldu”.

O qeyd edib ki, karantin rejiminin vaxtında elan edilməsi də yoluxma sayının azalmasına təsir göstərdi: “Eyni zamanda ölkəyə gələn şəxslərin tək-tək yoxlanılması və virusun aşkar olunduğu şəxslərin ayrılmış xəstəxanalarda vaxtında karantinə alınması alqışlanan addımdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button