Usubov İdrak Abbasovu qoruyacaq

DİN jurnalistin müraciətinə baxacaq

 «Jurnalist İdrak Abbasovla bağlı Elçin Şıxlının nazirə müraciətinə hökmən baxılacaq”».

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

Xatırladaq ki, sentyabrın 24-də “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı son zamanlar jurnalist İdrak Abbasovun başına gələnlərin araşdırılması, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələnin araşdırılacağını və nəticə barədə Elçin Şıxlıya məlumat veriləcəyini bildirir: “Daxili İşlər Nazirliyinə edilən hər bir müraciət rəhbərliyin ciddi nəzarətində olur. Belə müraciətlər nazirin diqqətindən kənarda qalmır. Əgər Elçin Şıxlı nazirə müraciət edibsə, hökmən baxılıb məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə barədə ona məlumat veriləcək”.

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button