Vəhhabilərdən Rauf Arifoğluna təhdid

“Vəhabilər Facebookda da İŞİD-lik edirlər: anti -İslam və anti – İnsan sürüsü məni təhdid edir!”.

Bu sözləri tanınmış jurnalist, “Yeni Musavat” qəzetinin baş redaktoru və sahibi Rauf Arifoğlu özünün feysbuk səhifəsində qeyd edib. Musavat.com R.Arifoğlunun fikirlərini olduğu kimi yayınlayır:

“Ölkəmizin ən böyük problemlərindən biri də günü – gündən rişələnən vəhabi bəlasıdır. Bunlar dünyanın hər yerində problemdir. Azərbaycanın da bugününü və gələcəyini təhdid edirlər.

Hazırda İŞİD tərəfindən facebookda mənim əleyhimə təhdid kampaniyası gedir. İnboxuma da çoxsaylı təhdidlər gəlir.

Budur, bunların mahiyyəti. Budur bunların adamlığı.

Səbəb? RealTV -də demişəm ki, Gəncədəki dostlarımın məlumatına görə, hadisə günü meydanın ətrafındakı iaşə obyektlərində qısa şalvarlılar da görüblər…

İndiyə qədər qanlı Gəncə terrorunda Rusiya, İran, Avropa, İrəvan izləri barədə danışdım, yazdım. İndi də əminəm ki, çeşidli ölkələrə bağlı olan bir neçə radikal -terrorçi hörgütlər, hərə öz marağı çərçivəsində Gəncədə qan tökülməsində iştirakçıdır.

Cəmi bir cümlə də mahiyyətləri terror olan bu yaramazlar barədə Gəncə mənbələrindən alınan versiyanı səsləndirdim.

Üstümə təhdid və terror yağdırırlar. Kimsə bunlar kimi tərbiyəsiz və qaba reaksiya vermədi, verməz də.

Bunların mənim vətənimdə yaşamaları belə haramdı. Bunlar İslam adına ləkə və utancdı. Məhz vəhabi zehniyyətindən doğan İŞİD terror hörgütü sayəsində İslam bütün dünya boyunca hədəfə alındı. Özləri Qərbin qucağında, müsəlman dünyasını qana çalxadılar, özləri anti – islam və anti -insan! Amma dönüb bizi suçlayır, təhdid edir, hədələyirlər.

Dövləti, onun müvafiq orqanlarını vəzifəyə çağırıram.

Bu terror əsgərlərini, bu İslam ümməti adına ləkə olan ünsürləri rədd etmək lazımdır Azərbaycandan!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button