Vəkil Əvəz Zeynallı ilə görüşüb

Elçin Sadıqov: “Əvəz bəyə deyiblər ki, bu, sənin üçün sonun başlanğıcı olacaq”
“Dedi, Gülər Əhmədovanın iddiaları saxtadır və deputat özü dəfələrlə ona zəng edib”

Vəkili Elçin Sadıqov Kürdəxanı həbsxanasında Əvəz Zeynallı ilə görüşüb. E.Sadıqovun sözlərinə görə, görüş cəmi 15 dəqiqə çəkib: “Bir saatlıq vaxtın 45 dəqiqəsi sənədləşməyə getdi deyə, görüş üçün çox az vaxt qaldı. Əvəz bəy həbsindən veriləcək apelyasiya şikayətini imzaladı. Evində aparılan axtarışla bağlı hazırlanmış şikayəti imzaladı. Bildirdi ki, bu həbsi gözləyirdi. Həbs olunarkən ona deyiblər ki, bu, sənin üçün sonun başlanğıcıdır”.
Gülər Əhmədovanın iddialarına gəlincə, Ə.Zeynallı vəkilinə bu ittihamların saxta olduğunu və həqiqətə uyğun olmadığını bildirib: “Gülər xanım özü dəfələrlə Əvəz bəyə zəng edib. Lakin baş redaktor onun zənglərinə cavab verməyib. Belə olanda da Gülər Əhmədova başqa adamlardan, eləcə də Rauf Arifoğludan xahiş edib ki, Əvəz bəylə əlaqə saxlamasına kömək etsin. Əvəz bəy də bundan sonra onun telefonunu götürüb. Burada hansısa pul tələb etmək halı olmayıb. Biz Əvəz bəyin təqsirsiz olduğunu sübut edəcəyik. Amma məhkəmənin nə qərar verəcəyi bəlli deyil”.
Dünən həmçinin, “Xural” köşə yazarı Nurəddin Xoca və yayım direktoru Nizami Həsənli bir neçə saat idarədə olublar

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button