Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı

Vəkillər Kollegiyası Azərbaycanın tanınmış vəkillərindən olan Adil İsmayılovun vəkillik fəaliyyətini bir illik dayandırıb

Bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub.

Məlumatda bildirilir ki(gununsesi.org), kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.

Sayta açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button