Vəkil Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb

Gözәl Bayramlı hәkim nәzarәtindә olmalıdır

Vəkil Zibeydə Sadıqova iyunun 8-də həbsdəki jurnalist Əfqan Muxtarlı və siyasətçi Gözəl Bayramlı ilə görüşüb.
Vəkil deyir ki, Ombudsman aparatının nümayəndələri də iyunun 8-də həbsxanada Gözəl Bayramlı və Əfqan Muxtarlıya baş çəkiblər.
Hər ikisi Ombudsman nümayəndələrinə baş verənlər və üzləşdikləri preoblemlər barədə məlumat veriblər.
Zibeydə Sadıqova deyir ki, Gözəl Bayramlı ilk növbədə səhhətindəki problemlərdən danışıb, təcili həkim müayinəsinə ehtiyacı olduğunu və mütəmadi dərman qəbul etməli olduğunu bildirib:”Birincisi o, çənə artirozundan əziyyət çəkir və 3 dəfə buna görə əməliyyat olub. İkincisi, onda endokrinoloji problemlər var və hətta Bakı İstintaq təcridxanasının həkimi mütləq onun müalicəyə başlamalı olduğunu və üzünün mütləq MRT aparatından keçməli olduğunu bildirib.
Bundan başqa, Gözəl xanımın ən qorxduğu şey qanında leykositin həddən artıq çox az olmasıdır, hansı ki, buna görə müalicə üçün Gürcüstana da gedirdi və həkimlər ona bildiriblər ki, əgər həkim nəzarətindən çıxsa və mütamadi dərman qəbul etməsə, onda leykoz xəstəliyi yarana bilər” vəkil deyib.
Zibeydə Sadıqova deyir ki, aprelin 8-də təcridxanada jurnalist Əfqan Muxtarlı ilə də görüşüb.
Həmçinin Ombudsman Aparatının əməkdaşları həmin gün ona baş çəkiblər.
“Əfqan özünü yaxşı hiss edir, möhkəmdir. Dostlara salam göndərdi. O da bütün baş verənlər və bədənindəki xəsarətlər barədə Ombudsman aparatının əməkdaşlarına detallı məlumat verib. Səhhəti və saxlanma şəraiti yaxşıdır, hələlik şikayətçi deyil” Zibeydə Sadıqova deyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button