Vəkil özünü müdafiə edə bilmədi – vəkil tutdu

Adəm Məmmədov ya özünü müdafiə edə bilmir ki, hüquqlarını Xalidə Abdullayeva adlı bir qadın vəkilə əmanət edir, ya da Elçin Sadıqovla Göygöldə üz-üzə gəlməkdən çəkinir

adem memmedov

Adəm Məmmədov

Vəkil Adəm Məmmədovun  həmkarı Elçin Sadıqova qarşı qaldırdığı məhkəmə iddiası icraata verilib. A.Məmmədovun vəkili Xalidə Abdullayeva APA-ya bildirib ki, iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovun icraatındadır. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl iki vəkil arasında qalmaqal yaşanıb. Elçin Sadıqov həmkarı Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına və digər qurumlara müraciət edib. E.Sadıqov APA-ya bildirmişdi ki, Adəm Məmmədov vəkil etikasına yaraşmayan hərəkətlərə yol verir: “Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Cinayət işi üzrə zərərçəkənlərdən biri mənim anam – Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O, mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır ”.

A.Məmmədov isə bildirmişdi ki, Elçin Sadıqovun dediklərinin əsası yoxdur və  həmkarı tərəfindən şəxsiyyəti, fəaliyyəti barədə mənfi rəy yaradılır: “Şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV və internet portalları vasitəsi ilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsini iddia ərizəmdə xahiş etmişəm”.

ELCIN-SADIGOV

Elçin Sadıqov

xural.com-un əldə etdiyi məlumatlara görə, Göygöldə baş tutan məhkəmə iclasına Adəm Məmmədovun özü qatılmayıb. Onu prosesdə başqa vəkil təmsil edir. Maraqlıdır ki, şərəf və ləyaqət məhkəməsində Adəm Məmmədovun özünü vəkil kimi müdafiə edə bilməməsi haqlı suallar yaradır. Adəm Məmmədov ya özünü müdafiə edə bilmir ki, hüquqlarını Xalidə Abdullayeva adlı bir qadın vəkilə əmanət edir, ya da Elçin Sadıqovla Göygöldə üz-üzə gəlməkdən çəkinir. Təbii ki, bu dava həm də savad, təcrübə və hüquqşünasların strategiya davası olacaq ki, Adəm Məmmədov məhz bu davada uduzacağını əvvəlcədən bildiyi üçün mümkündür ki, özünə vəkil tutub. İllərin təcrübəli vəkili Elçin Sadıqovun qarşısında nə edəsidir ki?

xural.com Adəm Məmmədovla bağlı başqa məlumatlar da əldə edib. Onun harada oxuması, hansı universitetdən məzun olması haqqında ilginc informasiyalar qapımızı döyəcləməkdədir. Belə informasiyalar isə müəyyən araşdırmalar tələb edir. Araşdırmalarımız yekunlaşan kimi Oxucularımıza təqdim edəcəyik. Hələliksə, günün düşündürücü sualı budur:

Bir vəkil – konkret Adəm Məmmədov nədən öz şərəf və ləyaqət davasını özü aparmır da, başqa bir vəkilə etibar edir?

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button