Rubrikalar: GÜNDƏM XuralTAC

Vəkili polis bölməsində döyüblər

Anar Bağırov: ”İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm!”

Vəkillərdən biri polisin saxladığı şəxsin hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində gedib. Nəticədə vəkilin özü də orada döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb.

Müxtəlif vəkillər sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşaraq, həmkarlarına qarşı zorakılığı pisləyiblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məsələyə münasibət bildirib:

“İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm!

Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

A.Bağırov və digər vəkillər ad çəkməsələr də, Meydan TV söhbətin Orxan Kəngərlidən getdiyini müəyyənləşdirib. O, ötən il Kollegiyaya üzv olan vəkillərdəndir. Hüquqlarını müdafiə etdiyi şəxsə görə polis bölməsinə gedən vəkili orada təhqir edib, müvəkkili ilə görüşməyə qoymayıblar. Məlumata görə, vəkili bölmədən söyüşlə qovublar. Buna etiraz edəndə isə polislər onu döyüb, müdafiə etdiyi şəxsin yanına aparıb salıblar. O.Kəngərli axşama qədər orada saxlanılıb.

Ondan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddiaları əsassız, qərəzli və özünü müdafiə xarakteri daşıdığını qeyd edib:

“Məsələ belədir: Binəqədi qəsəbəsində mənzilindən oğurluq olması ilə bağlı 4-cü polis şöbəsinə müraciət edilib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib. Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub. Şöbədə vəkilin törətdiyi qanunsuz hərəkətlərin yolverilməz olduğu nəzərinə çatdırılıb. Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Vəkilin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib“.

4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevdir. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin (əvvəl paytaxtın Nəsimi rayonunun polis rəisi olub-red.) doğma qardaşıdır.

Polis orqanlarında çalışan şəxslərin qanunsuz əməllərini, xətalarını da onun rəhbərlik etdiyi Daxili Təhqiqatlar İdarəsi araşdırıb qiymət verir.

Paylaş:

Share

Son Əlavələr

“Siyasət meydanı”-002-də hansı mövzulardan danışıldı-VİDEO

Xural TV-nin layihəsi olan "Siyasət meydanı" verilişinin 2-ci hissəsi bu gün (dünən-red.) - 25 iyun 2019-cu ildə canlı yayında efirə…

26 İyun 2019 3:03 səhər

Fuad Abbasov Bakıda milli qəhrəman kimi qarşılandı, ilk açıqlamasını verdi – foto, video

Musavat.com xəbər verir ki, jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları…

26 İyun 2019 2:51 səhər

Sabiq nazirlərin milyonçu balaları-BU PULLAR KİMİNDİR?!

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə…

25 İyun 2019 2:23 axşam

Ayətullahın 97 milyard dolları təhlükədə

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar…

25 İyun 2019 1:59 axşam

Şirməmməd Hüseynovla vida mərasimi keçirilib-FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və…

25 İyun 2019 1:47 axşam

Kamal Abdulla məhkəmə yağışına məruz qalıb-REKTORA QARŞI ƏN AZI 3 İDDİA VAR!

55 ilini Dillər Universitetinə verən Elmira Baxışəliyeva... Kamal Abdulla sanki məhkəmə yağışına düşüb. Rektoru olduğu Dillər Universitetinin ən azı 3…

25 İyun 2019 1:20 axşam
Xural.COM