Vətəndaş cəmiyyətində böyük uğur-RİQS GNWP üzvü seçildi

Azərbaycan vətəndaş cəmiyyətinin bu ağır günlərində xoş sayıla biləcək xəbər almışıq. Xural.com Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinə istinadən xəbər verir ki, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Qadın Sülhqurucuların Qlobal Şəbəkəsinin (GNWP) üzvü seçilib. Bu, Azərbaycandan olan ilk hadisədir və beləcə, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti GNWP-nin Azərbaycandan olan ilk üzvü olub.

Xatırladaq ki, GNWP, siyasət və normalara təsir edən tanınmış bir vətəndaş cəmiyyəti lideridir və 2009-cu ildə yarandığı gündən etibarən Qadın, Sülh və Təhlükəsizlik qətnamələrinin effektiv həyata keçirilməsini təmin edir.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)  2002-ci ildə vətəndaş cəmiyyətinin aktiv nümayəndələrindən biri Şəhla İsmayıl tərəfindən yaradılıb və ötən il fəaliyyətinin 15 illliyi tamam olub. Artıq 16 ildir Azərbaycan QHT sektorunda fəaliyyət göstərən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycanda bir çox ilklərin müəllifidir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button