Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

“Vəziyyət həqiqətən bərbaddır” – BNA rəsmisi

“Bəzi ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən avtobusların vəziyyəti bərbaddır”.

Xural.com xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.  O bildirib ki, bütün daşıyıcılar qarşısında çalışdıqları sektorun tələblərinə cavab vermələri ilə bağlı qəti tapşırıq qoyulub, əməl etmədikləri təqdirdə, onlarla əməkdaşlıq edilməyəcək.

“500-dən yuxarı nömrələrdən başlayan avtobuslar BNA-nın nəzarətində deyil. Bunu deməklə üzərimizdən məsuliyyəti atmaq istəmirəm. Amma biz bütün daşıyıcılar qarşısında bu cür məsələlərlə bağlı qəti tapşırıq qoymuşuq və özümüz də müşahidə aparırıq. Ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməyən və demək olar ki, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri olduğunu özümüz də dəfələrlə demişik.

Qeyd etdiyimiz kimi ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən və ən çox şikayət edilən avtobuslardan biri də 132 nömrəli avtobusdur. “Kral Transport” MMC-nin istismarında olan həmin marşrut xəttindəki avtobusların vəziyyəti ilə bağlı dəfələrlə qarajda baxış keçirmişik. Vətəndaşlardan da çox saylı müraciətlər daxil olub, demək olar, istismara yaramayan avtobuslardır. Onların nəzarətində olan, Qaraçuxur istiqamətində hərəkət edən digər 24 nömrəli avtobusla bağlı artıq tədbir görülüb və Baku Bus MMC-yə həvalə edilib. Əgər 132 nömrəli avtobusla bağlı da təcili tədbir görülməyəcəksə, aqibəti 24 nömrəli avtobus kimi olacaq”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Ağsudan Nüşabə Cəfərova danışır: “Vahid Tağıyev prezidenti sabotaj edir!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. Xural.com-un məlumatına görə, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Zahid Oruc yazır: “Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır…”

Zahid ORUC, STM İdarə Heyətinin sədri, millət vəkili   2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in,…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub. Yenisabah.az xəbər verir ki, həmin…

20 Sentyabr 2020
Xural.COM