Vəhdət Partiyasında parçalanmalar sürətlənir

Vəhdət Partiyasının Xətai, Nizami, Biləsuvar, Sabunçu rayon təşkilatları partiya sıralarını tam tərkibdə tərk etdiklərini bildirlər

 Bu xəbər Turan-a Bakı və Kəndlər Birliyindən (BKB) daxil olub. Adları çəkilən təşkilatların partiya sıralarını tərk etmələrinə səbəb kimi Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fəaliyyətsizliyi və şəxsi ambisiyaları göstərilir. Eyni zamanda bu təşkilatlar sonrakı fəaliyyətlərini Bakı və Kəndlər Birliyində (BKB) davam etdirəcək.

Daha sonra Vəhdət Partiyası və BKB arasında xoş münasibətlərin olması haqda iddia inkar edilir. «Əgər partiya ilə bilrik arasında xoş münasibətlər və anlaşma olsaydı, o zaman partiya sədrini birlik sıralarından xaric etməzdik. Partiyanın yaydığı bu xəbər cəmiyyəti çaşdırmağa, ictimiyyətə yanlış informasiya verməyə yönəlib və heç bir əsası da yoxdur» – xəbərdə qeyd olunur.

Xatırladaq ki, buna qədər partiyanın Yasamal, Nəsimi və Ağcabədi rayon təşkilatları partiya sıralarını tərk etmələri haqda bəyanat veriblər.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button