Vəkil Aslan İsmayılov polisə çağırılıb

Tanınmış vəkil, “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov polisə çağırılıb. xural.com BakiPost.az-a istinadən xəbər verir ki, hüquqşünasla bağlı 102 xidmətinə şikayət daxil olub və buna görə də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə dəvət edilib.

Məlumata görə, CNNBaku.az saytının baş redaktoru İlkin İlqaroğlu DİN-ə müraciətində A.İsmayılov tərəfindən hədələndiyini bildirib. Buna səbəb sözügedən saytda APA-ya istinadən dərc olunan “Qarabağ əlillərini özlərini yandırmağa təhrik edən Aslan İsmayılov Səttar Mehbalıyevi necə şantaj edib?” sərlövhəli yazı olub. Vəkil jurnalistə zəng edərək, ““Səni yerində oturdacam. Başına oyun açacam. Kimin sifarişi ilə o yazını dərc etmisən?!” – deyə, onu hədələyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button