Vəkil: “Biz həm ittiham tərəfi, həm də məhkəmə ilə çəkişirik”

Alışanovla bağlı məhkəmə prosesində növbəti qalmaqal: hakim təqsirləndiriləni zaldan çıxardı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücaət Əkbərivun vəkili İmanqulu Həsənov vəsatətlə çıxış edib. O bildirib ki, Arif Alışanov və qızının məhkəmdə iştirakı olmadan tam obyektiv ədalətli qərar çıxarılmasını mümkünsüz hesab edir. “Biz onların məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı 8 vəsatət vermişik, lakin məhkəmə heç birini təmin etməyib. Ötən prosesdə Alışanovun və qızının ifadəsi elan edildi. Lakin prosesdə iştirak etmədiyi üçün müdafiə tərəfi olaraq bizim ona sual vermək imkanımız məhdudlaşıb. Bizim elə suallarımız var ki, ona nümayəndə cavab verə bilməz. Ona görə də həmin zərərçəkənlərin texniki vasitələrin köməyindən istifadə etməklə, canlı videogörüntü vasitəsilə ifadə vermələrinə şərait yaradılmasını məhkəmədən xahiş edib.

Texniki vasitələrdən istifadə etməklə zərərçəkənlərin ifadə verməsi barədə vəsatətə Alışanovun nümayəndəsi və zəərərçəkənlər – Hacı Babayev və Dəyanət Cəfərov etiraz ediblər. Q.Cəbiyevin vəkili də vəsatətin təmin edilməsini istəyib. O bildirib ki, məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etmir və qərarda hansı səbəbdən təmin etmədiyini əsaslandırmır. Prosessual qanunvericiliyə görə prosesdə müdafiə tərəfi ilə ittiham tərəfi çəkişməli, məhkəmə sadəcə prosesi idarə edərək ədalətli qərar çıxarmalıdır. Ancaq biz müdafiə tərəfi iolaraq, həm ittiham tərəfi ilə, həm də məhkəmə ilə çəkişmək məcburiyyətindəyik. İndiyədək müdafiə tərfinin verdiyi heç bir vəsatət təmin edilməyib. Necə ola bilər ki, bütün vəsatətlər əsassız olsun? Yəni bu qədər vəkilin hamısı savadsız oldu ki, bir dənə də əsaslı vəsatət verə bilmədi?”

Şücaət Əkbərov da vəsatəti dəstəkləyib. O bildirib ki, Alışanovun iddia etdiyi torpaqların hamısı hazırda sürücüsü Hacı Babayevin adınadır. “Siz Alışanovun ifadəsini oxudunuz, onun dediklərini inanırsınız. Amma mənim dediklərimi heçə sayırsınız. Bunun qətl hadisəsini deyirəm, deyirsiniz ittihamda yoxdir. Əvvəl deyirdilər belə hadisə olmayıb, indi də deyirlər, qız dağdan yıxılıb.

Gəsin ifadə versin, hər şey ortaya çıxsın. Onun şərikləri Eldar Mahmidov, Alı Qocayev, Həsrət Pirməmmədovla bağlı əməlləri barədə suallara da cavab verməlidir”.

Prokuror vəsatəti məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Şücaət Əkbərov barəsində tibbi ekspertiza keçirilərğk səhhətinin həbsdə saxlanmasına imkan verib-vermədiyini müəyyən edilməsi barədə də vəsatət qaldırıb. Tibbi ekspertiza barədə vəsatətə də zərərçəkən tərəf etiraz edib.
Bu mövqe Şücaət Əkbəroivun etirazına səbəb olub. “Mənim şəkərim var, xəstəyəm, ürəyimdən əməliyyat olunmuşam. Əgər mənə inanmırlarsa, onlara keçsin xəstəliyim. Prokuror da vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən Zöhrab Şirinov da bildirib ki, istintaqda fiziki təzyiqlərə məruz qalıb. “Mən ağrıyıram. Mənə istintaqda işgəncə verilib, amma ekspertiza təsdiq etmədi. Ötən prosesdə üzləşmə ilə bağlı nümayiş etdirilən videodan da göründü ki, mən hansı vəziyyətdə olmuşam.

Vəkil İmanqulu Həsənov əlavə şahidlərin dindirilməsi barədə vəsatət verib və siyahını məhkəməyə təqdim edib.Müdafiə tərəfi vəsatəti dəstəkləyib, Alışanovun nümayəndəsi və zərərçəkənlər vəsatətə etiraz edib.
Şücaət Əkbərov bildirib ki, A.Alışanovla bütün görüşlərdə ikinci arvadı Lalə də iştirak edib. “Ölən qızı da da Lalə tanıyırdı. Necə ola bilər ki, Lalə dindirlməsin. O hər gəlişində Alışanova qulluq edib. Ümumiyyətlə siyahıda olan adamların hamısının bu işə birbaşa aidiyyatı var. Ona görə də mütləq dindirilməlidir”.

Prokuror əlavə şahidlərə ehtiyac olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib. Ş.Əkbərov qərara etiraz edib.
Digər vəkili isə Şücaət Əkbərovun barəsində verilən 178-ci( dələduzluq) maddəsi üzrə məhkəmə texniki-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verib. Bu vəsatətdə təmin edilməyib.

Çıxış edən təqsirləndirilən Qoçəli Cəbiyev hakimə ağır sözlər dediyi üçün hakim onu məhkəmə zalından uzaqlaşdırıb.
Prosesdə məhkəmə istintaqı başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 10-da davam edəcək.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə salmaq istəyiblər. Bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.
Qeyd edək ki, Ş.Əkbərov məhkəmə proseslərində bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.
Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button