Vəkili Anar Məmmədli ilə görüşə buraxmayıblar

Elçin Sadqıov qarşılaşdığı qanunsuzluqla əlaqədar Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edib

Oktyabrın 6-da vəkil Elçin Sadıqova 13 saylı Cəzaçəkmə Müəssisəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ilə görüşə icazə verilməyib.

Bu barədə Meydan TV-yə vəkil özü bildirib.

Onun sözlərinə görə, o, həmin gün rəislə görüşüb: “Mən məhbus jurnalist Pərviz Həşimliylə görüşdüm, amma Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədliylə görüşə icazə verilmədi. Rəis gün ərzində yalnız bir məhkumla görüşə biləcəyimi dedi. Ona vəkilin müdafiə etdiyi şəxsin görüşünə məhdudiyyət qoyulmasının qanunsuzluğunu söyləsəm də, amma yenə də icazə vermədi. Əlavə etdi ki, ona yuxarıdan belə göstəriş veriblər”.

Elçin Sadıqov qarşılaşdığı qanunsuzluqla əlaqədar Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etdiyini söylədi: “Hazırda qanunsuz bir üsul tətbiq edirlər. Bildirilir ki, vəkilin məhbusla görüşü barədə Penitensiar Xidmətin verdiyi məktub bir il ərzində qüvvədədir, hər il yenilənməlidir. Bu isə qanunsuz tələbdir. Yəni vəkilin müdafiə etdiyi şəxslə müqaviləsi müddətlərlə yox, işin sonuna qədər ölçülür”.   

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button