Vəkili Tale Bağırzadə ilə görüşüb

tale

Martın 30-da “Müsəlman Birliyi ” Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan sədri, ilahiyyatçı Tale Bağırzadənin iştirakı ilə istintaq hərəkətləri keçirilib.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil istintaq hərəkətlərinin detallarına varmayıb. Elçin Sadıqov həmçinin, T. Bağırzadə ilə görüşünə maneələr yaradıldığını deyib:

“Təcridxanada əvvəlcə mənə görüş üçün icazə vermədilər. Səbəb kimi görüş üçün prokurorluqdan onlara məktub göndərilmədiyini göstərdilər”. Vəkilin bildirməsinə görə, xeyli çək-çevirdən sonra iş üzrə müstəntiqin də müdaxiləsi ilə görüşə buraxılıb.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. “Müsəlman Birliyi” Hərəkatı qeydə alınmayıb.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs edilib. Martın 30-da Sabunçu Məhkəməsində saxlanılanların bəzilərinin məhkəmə prosesi başlayıb.

Nardaranda keçirilən əməliyyatda iksi polis olmaqla ümumilikdə yeddi şəxs həlak olub

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button