Vəkilin Vəkillər Kollegiyasına qarşı məhkəməsi olacaq

 Xalid Bağırovun şikayətinə Nəsimi məhkəməsi oktyabrın 10-da baxacaq 

 Oktyabrın 10 da saat 10-30-da vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasına qarşı iddiası üzrə məhkəmə prossesi başlayacaq. Bu barədə Xalid Bağırov özü «Xural»a məlumat verib. Vəkil bildiribki, kollegiyanın onun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması ilə bağlı qərarından məhkəməyə şikayət edib. Həmsöhbətimiz deyir ki, prosesi ayın 10-da Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətov aparacaq.

Məlumat üçün bildirək ki, Xalid Bağırov uzun müddət idi ki, müxalifətdən olan siyasi məhbusların hüquqlarını müdafiə edirdi. Onun vəkillik fəaliyyətinin məhdudlaşdırılmasıyla bağlı qərar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun şikayəti əsasında çıxarılıb. R.Abbasov vəkili istintaq sirlərini yaymaqda ittiham edib. Rəis kollegiyaya ünvanladığı məktubunda Xalid Bağırovun «Bizim yol» qəzetinə verdiyi «polis insanları qorumaq əvəzinə onları öldürür» başlıqlı müsahibəsindəki fikirlərinə etiraz edib. Bundan sonra isə məhkəmə «vəkillik sirlərini» yaydığına görə, Xalid Bağırovu cəzalandırıb.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button