Vəkillər Kollegiyası Fuad Ağayevə töhmət verdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şikayətinə əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarıyla Fuad Ağayevə töhmət verilib.

Bir çox siyasi motivli işlərdə müdafiəçi qismində çıxış etmiş, “vicdan” məhbusları”nın vəkili olmuş Fuad Ağayev hazırda ReAl partiyasının sədri İlqar Məmmədov, bloqqer Mehman Hüseynov və başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edir.

Fuad Ağayev jurnalistlərə açıqlamasında şikayətin əsassız hesab etdiyini və əsas məqsədin onu cəzalandırmaq olduğunu deyib.

Penitensiar Xidmətin şikayətində F.Ağayevin İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəisini təhqir etdiyi iddia edilib.

F.Ağayev isə hesab edir ki, bu cür qərarlar vəkillərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət edir. O bildirib ki, VK Rəyasət Heyətinin iclasında əsaslı dəlillər ortaya qoyaraq Penitensiar Xidmətin mənimlə bağlı şikayətinin əsassız olduğunu bildirsə də, kollegiya töhmət qərarı verib.

Qeyd edək ki, bir müddət əvvəl VK tanınmış vəkil Yalçın İmanov, İradə Cavadovanın fəaliyyətini dayandırılması barədə qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Əvvəlki dönəmlərdə də vəkillərin kollegiyadakı fəaliyyətinə xitam verilməsi halları müşahidə edilib.

Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button