Vətən
Ülvi Bəşər
Vətənimi sevirəm atamı sevən kimi,
Bağlıyam torpağıma ata qucağı kimi.
Vətənin hər qarışı əzizdir evim kimi,
Doğmadır hər bucağı isti ocağım kimi.
Qoruyacam vətəni qürurlu əsgər kimi,
Dağ çəkəcəm düşmənə igid Mübariz kimi,
Son mənzilim məzarsa qoy gedim əsgər kimi,
Bu yolda şəhid olmaq şərəfdir oğul kimi.
İllərdir köz tökürlər bu yaralı qəlbimə,
Vermərəm bir qarış da torpağımdan düşmənə,
Qoy kor olsun yağılar qulaq assın sözümə,
Cavab verin – torpaqdan pay olarmı düşmənə?
“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il