Vətəndaş cəmiyyəti fəalları Avropa İttifaqının səfiri ilə görüşüb

Avqustun 10-da vətəndaş cəmiyyəti fəallarının təsis etdiyi “Ədalət Naminə Həmrəylik” Komitəsinin bir qrup üzvü Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas ilə görüşüb. Bu barədə hüquq müdafiəçisi Elçin Məmməd “Yukselis.info”ya məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda son dövrlər baş verən hadisələr, müstəqil medianın düşdüyü çətin durum görüşün əsas müzakirə mövzusu olub. Görüş iştirakçıları və səfir ölkədə ard-arda xəbər saytların bloklanmasından narahatlıqlarını bildirib.

Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, baş verənlər xalqın informasiya əldə etmək hüququna mane olur və ifadə azadlığına mənfi təsir göstərir. Komitə üzvləri həmçinin siyasi məhbus məsələlərindən və vətəndaş cəmiyyətinin ağır vəziyyətindən də danışıblar.

Qeyd edək ki, Avropa İttifaqının səfiri ilə görüşdə tanınmış hüquq müdafiəçiləri və media təmsilçilərindən – Arzu Abdullayeva, Mehman Əliyev, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Əvəz Zeynallı və Elçin Məmməd iştirak edirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button